Ermənistanla İran razılığa gəldi

ermenistanla-iran-raziliga-geldi
Oxunma sayı: 646

“Media forum” saytının məlumatına görə, görüşün sonunda İranla Ermənistan arasında bir sıra sənədlər - Araz çayı üzərində su elektrik stansiyalarının tikilməsi və ondan birgə istifadə haqqında, milli standartlara aid qurumlar arasında əməkdaşlıq, ictimai işlərdə birgə əməkdaşlıq, ətraf mühitlə bağlı problemlərin aradan qaldırılması, iki ölkənin ətraf mühit təşkilatının əməkdaşlığı haqqında sazişlər imzalanıb.

Əhmədinejadla Sərkisyan Yerevanda mətbuat üçün bəyanatla çıxış ediblər. Sonra İran prezidenti Ermənistan prezidentinin onun şərəfinə verdiyi nahar ziyafətinə qatılıb.