Rusiya və Ermənistanın Baş Nazirləri Mixail Mişustin və Nikol Paşinyan iki ölkə arasında sərnişin daşımalarını 14 günə məhdudlaşdırmaq qərarına gəlib.
“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, tərəflər telefon danışığı zamanı bu qərarı veriblər.
Eyni zamanda, vətəndaşların vətənlərinə qayıtmaları təmin olunacaq.
Məhdudiyyətlərin yük daşınması prosesinə təsir etməyəcəyi qeyd olunur.
Son məlumatlara görə, Rusiyada 66, Ermənistanda isə 30 koronavirusa yoluxma faktı qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər