Ermənistanla Rusiya arasında ticarət dövriyyəsində rekord

ermenistanla-rusiya-arasinda-ticaret-dovriyyesinde-rekord
Oxunma sayı: 2820

“2022-ci ilin 10 ayı ərzində Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 3,8 milyard dollarla rekord həddə çatıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.

O bildirib ki, bu, 2021-ci ilin analoji dövrünün göstəricisini 85 faizdən çox üstələyib:

“Rusiyadan Ermənistana malların idxalı 2,1 milyard dollar olub ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisini 53 faizdən çoxdur. Ermənistandan Rusiyaya ixrac isə 2,1 milyard dollar təşkil edib”.