“Ermitaj” muzeyində təxliyə

ermitaj-muzeyinde-texliye
Oxunma sayı: 1977

Sankt-Peterburqda yerləşən “Ermitaj” muzeyinə gələn ziyarətçilər və işçilər təxliyə olunub.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb muzeyə gələnlərin təhlükədə olması barədə məlumatdır.

Belə ki, hazırda bununla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları binaya baxış keçirir.

Qeyd edilib ki, təxliyə səbəbindən muzeyi gəzə bilməyən qonaqlar sabah eyni biletlərdən istifadə edə biləcəklər.