Ermәni futbolçu millimizә “sataşdı”

ermni-futbolcu-millimiz-satasdi
Oxunma sayı: 2007

Rusiyanın 21 yaşadәk yığmasının ermәni әsilli yarımmüdafiəçisi Arşak Koryan AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində ötən gecə Almaniyaya qarşı keçirdikləri oyundan sonra Azәrbaycan yığması ilә matç haqqında da danışıb.

"Qafqazinfo" xəbər verir ki, o, açıqlamasında yığmamızın müdafiədә oturduğunu deyәrәk tәnqid edib: "Bu gün baş tutan oyun daha baxımlı alındı. Çünki bir neçə gün öncə Azərbaycan millisinin etdiyi kimi, Almaniya yığması müdafiədə oturmurdu. Biz nəinki hücum futbolu oynayırdıq, həmçinin əks-hücumlar da qurmaq imkanı qazanırdıq".