“Qafqazinfo”nun məlumatına görə, ekran işinin rejissoru Sam Taylor Johnsona məxsus olan erotik filmdən 500 milyon dollardan artıq gəlir əldə edilib. Kinoteatrlardan əldə olunan gəlirin 350 milyon dolları dünya film sevənlərinin, qalanı isə ABŞ-ın payına düşür.
Qeyd edək ki, sözügedən filmin büdcəsi 40 milyon dollardır. Film erotik səhnələrinə görə dünyanın bir çox ölkələrində etirazla qarşılanıb.
Xatırladaq ki, Şimali Qafqazın 7 şəhərindən 5-də "Bozun 50 çaları" filminin nümayişi yasaqlanıb. Dağıstan Gənclər naziri Zaur Kurbanov “əxlaqsız filmə” baxmamaq çağırışı edib.
Son xəbərlər
Son Xəbərlər