Ərtoğrul Sağlam Ramil Şeydayevdən danışdı

ertogrul-saglam-ramil-seydayevden-danisdi
Oxunma sayı: 2970

“Kocaelispor”un baş məşqçisi Ərtoğrul Sağlam komandasının azərbaycanlı hücumçusu Ramil Şeydayevdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, “Bursa.com”a açıqlama verən türkiyəli məşqçi yığmamızın forvardı haqda bunları deyib:

“Bu həftə Ramil Şeydayevi yavaş-yavaş oynatmağa başlamışıq. Ona imkan yaradırıq. Növbəti matçlarda da oynayacaq. Super Liqaya çıxmaq uğrunda mübarizəni davam etdirəcəyik”.

Şeydayevin “Kocaelispor”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.