Ərzağa ehtiyacı olan ailələrin nəzərinə! - Fotolar

erzaga-ehtiyaci-olan-ailelerin-nezerine
Oxunma sayı: 6360

Bakıda bir neçə marketdə koronavirus pandemiyasına görə iqtisadi vəziyyəti pisləşən ailələrə dəstək aksiyaları keçirilir. 

"Qafqazinfo" xəbər verir ki, belə mağazalardan biri də “Grandmart” şəbəkəsidir. Kampaniya “Ehtiyacın varsa götür, imkanın varsa əlavə et!” devizi altında aparılır. Belə ki, ərzaq almağa imkanı olmayan şəxslər bu rəflərdən istədikləri ərzağı götürür, imkanı olan şəxslər isə boşalan yerə əlavə ərzaq alıb qoyurlar. 

Bununla da şəbəkənin 3 filialında pandemiya dönəmində ehtiyacı olan insanlar çörək, yağ, çay, un məmulatları və başqa gündəlik tələbat malları ilə təmin edilir.

Pərvin Zeynal