“Qafqazinfo”nun xəbərinə görə, nazirlikdən bildirilib ki, Bakının Nəsimi, Xəzər, Xətai, Binəqədi, Nizami rayonlarında, Sumqayıt, Mingəçevir, Saatlı, Qusar, Xaçmaz, Gədəbəy, Şamaxı, Zaqatala, Füzuli, Tərtər şəhərlərində mağazalarda aparılmış yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb. Ümumilikdə, monitorinqlər zamanı saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən 370 kiloqramdan artıq mal aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
Son xəbərlər
Son Xəbərlər