Ərzincandakı hadisə ilə bağlı 6 nəfər həbs edildi

erzincandaki-hadise-ile-bagli-6-nefer-hebs-edildi
Oxunma sayı: 2975

Xəbər verdiyimiz kimi, fevralın 13-ü Türkiyənin Ərzincan şəhərində qızıl mədənində baş verən torpaq sürüşməsinə görə 8 nəfər saxlanılıb. Onlardan 6-sı həbs olunub, 2-si isə sərbəst buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, mədəndə baş verən sürüşmə ilə əlaqədar nəzarətə alınan şirkətin kanadalı meneceri də daxil olmaqla şübhəlilərdən 6-sı həbs edilib, 2 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Xatırladaq ki, hadisə nəticəsində 9 nəfər itkin düşüb. Onların axtarışları davam etdirilir.