Ərzincandakı hadisə ilə bağlı 7 nəfər saxlanıldı

erzincandaki-hadise-ile-bagli-7-nefer-saxlanildi
Oxunma sayı: 2619

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Ərzincan şəhərində qızıl mədənində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində mədəndə işləyən 9 nəfər itkin düşüb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, torpaq sürüşməsi ilə bağlı aparılan istintaq çərçivəsində 7 nəfər saxlanılıb.

Qeyd edək ki, hazırda itkin düşən 9 nəfərə görə axtarış-xilasetmə işlərində 1800 nəfər iştirak edir. Bununla yanaşı, axtarışlarda 600-dən çox texnika, 6 dron və 44 generatordan istifadə edildiyi bildirilir.