Ərzurumda 5 terrorçu məhv edildi

erzurumda-5-terrorcu-mehv-edildi
Oxunma sayı: 710

Türkiyənin Ərzurum vilayətində təhlükəsizlik qüvvələri PKK terrorçularına qarşı əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Şenkaya rayonunda keçirilən əməliyyat nəticəsində 5 terrorçu öldürülüb.

Bölgədə anti-terror əməliyyatlarının davam etdiyi bildirilib.