Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına dəstək olunması, süni qiymət artımının qarşısının alınması ilə bağlı verdiyi tapşırıqların icrası və bu istiqamətdə rayonda görülən işlərlə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə rayonda fəaliyyət göstərən sahibkarların görüşü keçirilib.
Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, icra başçısı Eldar Əzizov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransın işi, prezidentin dövlət qurumları və yerli İcra strukturları qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat verib.
E.Əzizov azad sahibkarlığın inkişaf etdirilməsi üçün ölkədə, o cümlədən rayonda sahibkarlara göstərilən qayğıdan, sahibkarlıq subyektlərinin sayının artmasından, onların fəaliyyətinə mane olan amillərin aradan qaldırılması, onlara hərtərəfli köməkliklərin göstərilməsindən danışıb: “Hazırda rayonda 5803 sahibkarlıq subyekti fəaliyyət göstərir, bu sahibkarlıq subyektlərində 58294 nəfər çalışır, onların fəaliyyətinin genişləndirilməsi, işlərinə mane olan amillərin aradan qaldırılması məqsədi ilə sorğular keçirilir, müvafiq köməkliklər göstərilir. Əsassız yoxlamaların qarşısının alınması ilə bağlı tədbirlər görülür. Rayon İcra Hakimiyyətində yaradılan Komissiya və işçi qrupunun üzvləri mütəmadi olaraq monitorinqlər keçirirlər”.
Görüşün əvvəlində rayon sahibkarları ilə onların fəaliyyətinə mane olan amillər və onların aradan qaldırılması ilə bağlı təkliflərə dair sorğu keçirilib, sorğunun nəticələrinin araşdırılması və müavifq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Görüşdə çıxış edən 15-dən çox sahibkar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıb, bu istiqamətdə öz təkliflərini irəli sürüblər.
Son xəbərlər
Son Xəbərlər