Argentina millisinin ulduzu Lionel Messi Nigeriyaya 2:1 qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Oyun çox çətin oldu?
- Balanslı bir oyun idi. İlk yarıda topa nəzarət etdik. Xeyli təhlükəli epizodlar da yaradırdıq. İkinci yarıda isə qapımızda qol gördük və əsəbiləşməyə başlamışdıq. Bu vaxt bizim üçün zaman uçurdu. İlk yarıya nisbətən daha çox hücum etməyə başladıq. Çünki zaman azalırdı və biz gərgin idik.
- Bu gün çox əziyyə çəkdiniz? Heç belə olmuşdu?
- Biz həqiqətən çox əziyyət çəkdik. Əsas odur ki, məqsədimiz çatdıq. Çempionata gəlməzdən öncə bu qədər çətin olacağını düşünmürdük. Roho atdıqda rahatladıq. . Təəssüf ki, çətin idi, amma keçdik. Bundan öncə yaxşı oynamamışdıq.
- Fransa haqqında nə deyə bilərsiniz?
- Bəli, əlbəttə ki, onların oyununu izləmişəm. Biz dünya çempionatında bütün matçları izləyirik. Fransada çox güclü oyunçular var. Müdafiə, yarımmüdafiə və hücum xətti mükəmməldir. Onlar çox sürətlidirlər. “Barselona”dan bir neçə fransız oyunçunu tanıyıram. Onlara qarşı nə edəcəyimi bilirəm. Söz verirəm ki, Fransa üçün asan oyun olmayacaq.
Son xəbərlər
Son Xəbərlər