Əsəd 58 yaşlı qadını spiker təyin etdi - İlk dəfə

esed-58-yasli-qadini-spiker-teyin-etdi
Oxunma sayı: 1796

Suriya prezidenti Bəşər Əsədin partiyasının üzvü olan Hadiih əl-Abbas parlamentin yeni spikeri vəzifəsinə təyin olunub.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu postda əyləşəcək ilk qadındır.

Milli məclisin iclasında 58 yaşlı qadına millət vəkillərinin əksəriyyəti səs verib.

Yeni spikerin kənd təsərrefatı sahəsində doktorluq dərəcəsi var. Bundan əlavə o, hakimiyyət qüvvələri ilə müxalifət güclərinin arasında döyüşlərin getdiyi Deyr əl-Zaur şəhərindəki Əl-Furat vilayətində universitetdə professor kimi fəaliyyət göstərir.