Əsəd ailəsinin sərvəti açıqlandı

esed-ailesinin-serveti-aciqlandi
Oxunma sayı: 4809

ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi hesabatda Bəşər Əsəd və ailəsinin təxmin edilən sərvətlərinin 1-2 milyard dollar olduğu bildirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, konqresin tələb etdiyi hesabatda departamentin Əsəd ailəsinin öz aktivlərini gizli adlar altında və ya qeyri-şəffaf əmlak sövdələşmələri yolu ilə saxladığını və onların xalis sərvətlərinin yalnız “qeyri-müəyyən təxminini” verə biləcəyini qeyd edib.

“Açıq mənbə məlumatlarına əsaslanan hesablamalar Əsəd ailəsinin sərvətinin 1-2 milyard dollar arasında olduğunu göstərir”, - hesabatın qismən məxfi olan ictimaiyyətə açıq hissəsində qeyd edilib.

Dövlət Departamentinin hesabatında ictimai mənbələrə və KİV-ə istinadla vurğulanır ki, Əsəd ailəsi maliyyə resurslarına çıxış əldə etmək üçün ofşor şirkətlər və saxta korporativ adlar da daxil olmaqla, "mürəkkəb himayə sistemi” işlədir.