Əsəd ordusu koalisiyanın atdığı raketlərdən 13-nü vurub - KİV

esed-ordusu-koalisiyanin-atdigi-raketlerden-13-nu-vurub
Oxunma sayı: 3024

Suriya ordusunun hava hücumundan müdafiə sistemi Dəməşqin 15 kilometrliyində yerləşən Kisva rayonunda koalisiyanın atdığı raketlərdən 13-nü vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp  Suriyaya hava zərbələri endirilməsi barədə əmr verib. Əməliyyatları ABŞ Fransa və Böyük Britaniya ilə birlikdə həyata keçirir.