Əsəd qüvvələri ilə ABŞ əsgərləri arasında qarşıdurma - Video

esed-quvveleri-ile-abs-esgerleri-arasinda-qarsidurma
Oxunma sayı: 1953

Suriyanın Haseke bölgəsində Bəşər Əsəd rejimini dəstəkləyən qüvvələr ilə ABŞ patrul xidməti arasında qarşıdurma baş verib.

“Qafqazinfo”nun məlumatına görə, əraziyə ABŞ-ın Hərbi Hava Qüvvələri də cəlb edilib. Onlar Bəşər Əsədə sadiq qüvvələrə məxsus iki hərbi obyekti vurublar. Nəticədə, Suriya Ərəb Ordusunun bir əsgəri ölüb.

Jurnalist və hərbi analitik Babək Taqvey öz tvitter hesabında hadisə yerindən video paylaşıb. 

Onun sözlərinə görə, insident əraziyə gələn Rusiya hərbi polisinin sayəsində həll olunub.