Əsəd rejimi bombaladı- - Qəsəbə yerlə yeksan oldu

esed-rejimi-bombaladi-
Oxunma sayı: 911


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, orduya aid hərbi təyyarələr İdlibin Selkin qəsəbəsini hədəf alıb. 

Suriya Ümumi İnqilab Şurasından (SRGC) verilən məlumata görə, aviazərbələr zamanı 20 dinc sakin dünyasını dəyişib. Xilasetmə qüvvələri dağıntılar altında qalan insanların axtarışına başlayıb, xeyli sayda yaralıların olduğu qeyd edilib.  

Hücum zamanı hidrogen bombalardan istifadə olunduğu bildirilib. Bu səbəbdən xeyli binalar dağıntılara məruz qalıb.