Əsəddən dinc sakinlərin öldürülməsi ilə bağlı - Absurd açıqlama

esedden-dinc-sakinlerin-oldurulmesi-ile-bagli
Oxunma sayı: 1629

Suriya lideri Bəşər Əsəd Fransa mətbuatına müsahibə verib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Dəməşqdə jurnalistlərin suallarını cavablandıran Əsəd bildirib ki, ona sadiq güclər qələbə çalmağa yaxındır.

Onun sözlərinə görə, müharibənin həlledici anı Hələbin mühasirəsi zamanı üsyançıların məğlub olması olub. Lakin prezident bildirib ki, şəhərin hökumət qüvvələrinin nəzarətinə keçməsini yekun qələbə kimi dəyərləndirmək olmaz: “Qələbə bütün terrorçuların öldürüldüyü zaman gələcək”.

Hələbin bombalanması zamanı dinc sakinlərin də ölməsi ilə bağlı suala cavab olaraq isə Əsəd deyib ki, bu, xalqın azadlığa çıxmasının qarşılığıdır.

Bəşər Əsədin müsahibəsinin tam versiyası isə bu gün Fransa telekanallarında yayımlanacaq.