Əsədin ordusu ikinci ən böyük SES-i azad etdi

esedin-ordusu-ikinci-en-boyuk-ses-i-azad-etdi
Oxunma sayı: 1104

Suriyanın Hələb əyalətindəki ikinci ən böyük “Tişri” Su Elektrik Stansiyası hökumətin nəzarəti altına keçib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyadakı rus qoşunları komandanlığının nümayəndəsi Boris Fomiçev məlumat verib.

“SES Suriya xalqının səyləri və cəsarəti sayəsində azad edildi. Hazırda “Tişrin” fəaliyyətini bərpa edib və Hələb, Rəqqa şəhərlərinə elektrik enerjisi verir. İnsanlar sakitcə işləyirlər,terrorçular burada yoxdular”, - deyə o, vurğulayıb.

Bu gündən etibarən Rusiya hərbi polisi bu strateji əhəmiyyətli obyektin ətrafında patrul xidmətinə başlayacaq.

Qeyd edək ki, “Tişrin” SES-i təxminən 20 il əvvəl Fərat çayında (Əl-Əsəd su anbarının yuxarısında) rus və suriyalı mühəndislər tərəfindən inşa edilib. Gücü təxminən 630 meqavatdır. Vətəndaş müharibəsi əsnasında tutulub və uzun müddət İŞİD silahlıları tərəfindən idarə edilib.