Əsədin ordusu Rakkada strateji yüksəklikləri ələ keçirdi

esedin-ordusu-rakkada-strateji-yukseklikleri-ele-kecirdi
Oxunma sayı: 2156

Suriya Ordusu Rakka əyalətinin qərbində yerləşən strateji yüksəkliklərə nəzarəti ələ keçirib.

“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, İŞİD terrorçuları ilə şiddətli döyüşdən sonra strateji yüksəkliklər üzərində nəzarəti ələ keçirmək mümkün olub.

Qeyd edək ki, İŞİD terrorçuları Suriyanın şimal-şərqində yerləşən Rakka əyalətini tamamilə ələ keçirərək, oranı "xilafət"in paytaxtı elan etmişdilər.