Əsədov və Mişustin koronavirusla mübarizəni müzakirə ediblər

esedov-ve-misustin-koronavirusla-mubarizeni-muzakire-edibler
Oxunma sayı: 1834

Azərbaycan və Rusiya Baş Nazirləri Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı olub. Bu barədə “Qafqazinfo” Rusiya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Hökumət başçıları koronavirusun yayılması təhlükəsi ilə bağlı vəziyyəti müzakirə ediblər.

“Əsədov Mişustini Azərbaycan hökumətinin koronavirusla mübarizəyə yönəlmiş yeni tədbirləri barədə məlumatlandırıb”, - mətbuat xidmətdən bildirilib.

Söhbət zamanı Rusiya-Azərbaycan ticarətinin əmtəə axınlarının qorunmasının vacibliyi vurğulanıb. Mişustin və Əsədov, həmçinin aktual ikitərəfli əməkdaşlıq məsələləri və koronavirusla bağlı vəziyyəti dəstəkləmək barədə razılığa gəliblər.