Əsədovla Qaribaşvili arasında telefon danışığı oldu

esedovla-qaribasvili-arasinda-telefon-danisigi-oldu
Oxunma sayı: 1273

Bu gün Baş nazir Əli Əsədovla Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən "Qafqazinfo"ya verilən məlumata görə, telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatlıq və həmrəylik ifadə edilib.

Eyni zamanda Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.