Əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular - Video

esger-valideynleri-kocaryani-qebiristanliqdan-qovdular
Oxunma sayı: 6001

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan Qarabağ müharibəsində həlak olan erməni hərbçilərin məzarını ziyarət edərkən etirazla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, həlak olan ermənilərdən birinin anası qəbiristanlıqda Koçaryana qarşı sərt ifadələr işlədərək onu oradan qovub.

Erməni valideynlər siyasətçinin ötən illər ərzində ölkəni talan etdiyini bildiriblər.

R. Koçaryan və onu müşayiət edənlər pərt vəziyyətdən ərazini tərk ediblər.