Əsgəri ələ salan şəxs həbs edildi

esgeri-ele-salan-sexs-hebs-edildi
Oxunma sayı: 6905

Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən şəxslə bağlı məhkəmə qərar verib.

"Qafqazinfo"nun məlumatına görə, Qaradağ rayon məhkəməsi bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev barəsində 30 sutka inzibati həbs qərarı çıxarıb.

Məlumat Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən təsdiqlənib.