Əsgərimiz minaya düşdü

esgerimiz-minaya-dusdu
Oxunma sayı: 1082


Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Sadiq Nurəddin oğlu Əmirov minanın partlaması nəticəsində xəsarət alıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, S. Əmirov Ağdam rayonundan həqiqi hərbi xidmətə çağırılıb.