“Qafqazinfo”nun məlumatına görə, əsgərlərin valideynlərinin də iştirak etdikləri mərasimdə hərbi orkestr dövlət himnini ifa edib.
Hərbi hissə komandiri, polkovnik Salamat Cəfərov çıxış edərək gənc əsgərlərə hərbi and mənasını, xalqına, Azərbaycan Respublikasına sədaqət andı içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri xatırladıb.
Andiçmə mərasimində iştirak edən daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov Qoşunlarda yeni xidmətə başlayan gənc əsgərləri hərbi and içmələri münasibətilə təbrik edib və tövsiyələrini çatdırıb.
Andiçmə mərasimi gənc əsgərlərin təntənəli keçidi ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər