“Qafqazinfo”nun məlumatına görə, tədbiri giriş sözü ilə hərbi hissə komandirinin müavini, mayor Sərraf Bəhramov açaraq şəxsi heyəti təbrik edib.
"Qarabağ","FHN","Qaya" və "MMQ" komandaları arasında keçirilən bu yarışda daha yüksək bilik səviyyəsi nümayış etdirən "MMQ" komandası I,"Qarabağ" komandası II,"Qaya" komandasıisə III yerləri tutublar.
Qalib komandalar və oyun ərzində fərqlənənlər Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları və Fəxri Fərmanlarla təltif olunublar. Oyunun keçirilməsində akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin "Şahzadələr" komandasının kapitanı Ayxan Mikayılov iştirak edib.
Sonra hərbçilərə konsert proqramı təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər