“Qafqazinfo” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıb, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.
Yeni tapşırığa əsasən sülhməramlılarımız Kabil şəhərində yerləşən Beynəlxalq Hava Limanını qoruyacaqlar.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu, o cümlədən iki hərbi həkimi və iki mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.
Son xəbərlər
Son Xəbərlər