“Qafqazinfo”nun məlumatına görə, bəyanatın məqsədi QHT rəhbərlərini, mətbuat və informasiya orqanlarının əməkdaşlarını, fərdi və ya kollektiv şəkildə köməksiz insanın müdafiəsinə qalxmağa çağırmaqdır:
“Dilqəm Əhmədovu doğma torpaqlara çəkib aparan onun, vətən həsrəti, vətən məhəbbəti idi. Onu bu səfərə təhrik edən heç bir təşkilat və ya dövlət qurumu yoxdur və olmayıb. Onu düşmənə təslim edən vətən həsrəti, torpaq məhəbbəti idi. Dilqəm Əhmədov vətən həsrəti yaşayan yüzminlərdən yalnız biridir. Başqalarına dərs olsun deyə bu hissə görə ermənilər onun gözünü çıxardılar.
Hörmətli dostlar! Çox yaxın zamanda Qarabağ bölgəsində Azərbaycan əsgərlərinə əsir düşmüş erməni diversiantının gözünün altının qaralmasını böyük müzakirə mövzusuna çevirib, bunu qeyri-insani hərəkət kimi təqdim edən ANS Telekanalından, ermənilərə əsir düşən əslən azərbaycanlı mülki vətəndaş Dilqəm Əhmədovun gözü çıxarılarkən eyni adekvat addımı görə bilməməyimiz bizi məyus etdi”.