“Əskişəhərspor”un vitse-prezidenti: - "Həmin məbləği "Qarabağ"a verə bilmərik"

eskisehersporun-vitse-prezidenti-
Oxunma sayı: 1305


O, “Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremin “Es-es”ə keçidinin hələ də gündəmdə olduğunu bildirib. Qardaş ölkə klubunun rəsmisi Ağdam klubunun onlardan çox pul istədiyini və belə bir məbləği verə bilməyəcəklərini deyib: “Qarşı tərəf bizim verdiyimiz məbləğə razı deyil. Onlar daha çox pul istəyirlər. Biz də transferlərə çox pul xərclədiyimizdən həmin məbləğə razı ola bilmərik. Hazırda gözləmə mövqeyindəyik. Maurem onsuz da 6 ay sonra azad futbolçu olacaq. Amma o bizə indi də lazımdır. Hazırda danışıqları davam etdiririk. Muarem komandamız üçün çox iş görə bilər. Buna görə də onun transferində israrlıyıq”.