“Əsl Ramal mənəm” - Video

esl-ramal-menem-video
Oxunma sayı: 735

“Qafqazinfo”ya açıqlama verən ifaçı bildirib ki, əsil bəstəkar, müğənni Ramal odur Ramal İsrafilov yox: “Ramal İsrafilov illərdir sənətdə fəaliyyət göstərir. Amma onun bir çox yazdığı mahnılar populyar əcnəbi musiqilərinin kopyasıdır. O, əsasən kürd musiqisindən bəhrələnir. Ramalın ifa etdiyi bir çox musiqilər kürd mahnılarının oxşarıdır. O, öz mahnılarında nəinki, kürd hətta qərb musiqilərindəndə istifadə edir. Ona uğur qazandıran “Sevirəm” mahnısı bunun qabarıq nümünəsidir. Bu mahnı Craig David “7 days” mahnısının kopyasıdır. İrafilov o mahnının oranjimanında dəyişiklik etdirib oxuyub. Onun mahnılarının belə vəziyyətdə olduğuna əsaslanıb bu sözü çəkinmədən deyirəm. Artıq mən də varam. Və öz gözəl nəğmələrimlə subut edəcəm ki, əsl Ramal mənəm”.

Qeyd edək ki, Ramal Əsədzadə əməkdar artist Mətanət İsgəndərlinin bu yaxınlarda klipinin təqdim etməyə hazırlaşdığı “Gəl xoşbəxt olaq” hit mahnısının bəstəkarıdır.

Aynur Babayeva