Eşli Yanq rəsmən “İnter”də

Eşli Yanq rəsmən “İnter”də
Oxunma sayı: 638

İtaliyanın "İnter" klubu "Mançester Yunayted"in futbolçusu Eşli Yanqı transfer edib.

"Qafqazinfo" klub saytına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Milan təmsilçisi iyunda ingilis müdafiəçi ilə daha bir illik müqavilə bağlaya bilər. "Göy-qaralar" bu keçid üçün 1,5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Eşli Yanq "Mançester Yunayted"də 556 oyunda 77 qol vurub, 112 məhsuldar ötürmə edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi