Əsma Əsəd Əminə Ərdoğanla danışmaq istəməyib

esma-esed-emine-erdoganla-danismaq-istemeyib
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, Guardian qəzeti Əsma Əsədin internet vasitəsi ilə minlərlə dollarlıq alış-veriş etdiyini, Bəşər Əsədin isə tanışlarına İpad-la gülməli video və internet linkləri yolladığını yazıb.

Yeni ildə Qatar əmirinin qızı Miyasə Əl Taninin Əsma Əsədə ölkəni tərk etməsi ilə bağlı tövsiyə etməsi və Dohada məskunlaşması da əksini tapıb. Əl Taninin bu tövsiyəsindən sonra ikili arasında əlaqələrin soyuduğu da diqqətlərdən qaçmayıb. Onlar arasındakı yazışmalarda Əsma Əsədin Türkiyə baş naziri Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğana elektron poçt ünvanını vermək istəmədiyi də əks olunub.
Əl Taninin 2011-ci il 7 dekabr tarixli yazışmasında deyilir: “Əziz Əsma, bu yaxınlarda Türkiyəyə getdik. Baş nazirin həyat yoldaşı elektron poçt ünvanını istədi. Sənə yazmaq istəyirmiş. Mən də əvvəl səndən icazə almaq lazım olduğunu söylədim”.

Əsəd isə cavab olaraq yazıb: “Ünvanımı bilməsə yaxşıdır. Bu hesabı ailəm və dostlarımla yazışmaq üçün istifadə edirəm. Prezidentə etdikləri təhqirlərdən sonra onu bu kateqoriyalardan ikisinə də daxil etmək çətindir”.