Əsma Əsəd filmə çəkildi – Video

esma-esed-filme-cekildi-video
Oxunma sayı: 641

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, “YouTube” kanalında yerləşdirilən videoya dünyanın istənilən ölkəsindən hər kəs baxa bilər. Lakin videonu yerləşdirən şəxs şərh bölməsini bağlayıb.

Videoçarxın süjeti belədir: “Üsyançılara qarşı döyüşlərdə öldürülmüş suriyalı əsgərlərin anaları övladları və onlara olan sevgiləri haqqında danışırlar. Bundan sonra matəm içərisində olan bir qrup ana prezident sarayına gəlir. Sarayda onları sadə geyimli Əsma Əsəd qarşılayır.

Prezidentin xanımı qadınları təsəlli edir, onları qucaqlayır və öpür. Daha sonra qətlə yetirilmiş əsgərlərdən danışaraq, onların Suriya xalqı uğrunda öldüyünü söyləyir.

Qonaqlar birinci xanımın çıxışından sonra banket zalına dəvət olunur. Əsma Əsəd masa arxasında qonaqlara qulluq edir və onların hər biri ilə danışmağa çalışır.

Videoçarxın finalında uşaq xor qrupu vətənpərvərlik mövzusunda mahnı oxuyur.