Əsmər Əliyeva Bayramlı qəsəbəsində seçicilərlə görüşdü - Fotolar

esmer-eliyeva-bayramli-qesebesinde-secicilerle-gorusdu
Oxunma sayı: 1779

46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd Əsmər Əliyevanın təbliğat, təşviqat görüşləri davam edir.  “Qafqazinfo” xəbər verir ki, Əsmər Əliyeva bu gün Şirvan şəhərinin Bayramlı qəsəbəsində seçicilərlə görüşüb. 

Seçicilərlə səmimi görüşən Əsmər Əliyeva bildirib ki, Şirvan şəhərinin hər bir sakini ilə görüşüb həmsöhbət olmaq, onları dinləmək, problemlərini, qayğılarını bilmək deputatlığa namizəd olaraq borcudur:

“Millət vəkili seçiləcəyim təqdirdə Şirvan şəhərini iqtisadi, sosial inkişafıyla bağlı lahiyələr hazırlayacam, əhalinin məşğuliyyətinin təmin edilməsi üçün hökumət qarşısında məsələ qaldıracam. Siz sadə insanlar aktiv, işlək və hər an yanınızda olacaq millət vəkilinizin fəaliyyətini yaxından izləyə biləcəksiniz”. 

Sakinlər öz növbələrində Əsmər Əliyevaya uğurlar arzulayıblar və onları narahat edən məsələlər barədə danışaraq bildiriblər ki, millət vəkili seçiləndən sonra Bayramlı qəsəbəsinin problemlərini icra başçısı İlqar Abbasovla bir yerdə həll olunmasına köməkliyinizi göstərəsiniz.