Əsmər Əliyeva şəhidləri yad edib, ailələrinə başsağlığı verdi - Fotolar

esmer-eliyeva-sehidleri-yad-edib-ailelerine-bassagligi-verdi
Oxunma sayı: 3812

XX əsrin sonunda tariximizə qara hərflərlə yazılmış, xalqımızın qəhrəmanlıq səlnaməsi olan Qanlı 20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar olaraq növbədənkənar parlament seçkilərində 46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd Əsmər Əliyeva Şəhidlər xiyabanında uyuyan, Qarabağ döyüşlərində həlak olmuş həmvətənlilərinin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub, xatirələrini ehtiramla yad edib.

“Qafqazinfo” xəbər verir ki, Ə.Əliyeva şəhid valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verib.

Sonra Əsmər Əliyeva 20 Yanvar abidəsini ziyarət edərək önünə əklil qoyub.