Əsmər Əliyeva Şirvanda seçiciləri ilə görüşdü - Fotolar

esmer-eliyeva-sirvanda-secicileri-ile-gorusdu
Oxunma sayı: 2547

46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd  Əsmər Əliyevanın təbliğat, təşviqat kampaniyası çərçivəsində icra hakimiyyəti tərəfindən ayrılmış Mədəniyyət evində seçiciləri ilə görüşü olub.

“Qafqazinfo”nun məlumatına görə, qeyri-iş günü olmasına baxmayaraq, Şirvan sakinləri Mədəniyyət Evinə millət vəkilliyinə namizəd Əsmər Əliyevanın görüşünə axın ediblər. Seçiciləri qarşısında çıxış edən Əsmər Əliyeva bunları deyib:

“Mən əvvəla hər birinizi samlayıram və bu qış günündə, istirahət günündə mənimlə görüşə gəldiyiniz üçün sizlərə minnətdarlığımı bildirirəm. Ölkə başçımız cənab İlham Əliyevin apardığı islahatlara və gənclərə dövlət idarəçiliyində üstünlük verdiyi üçün öz potensialımla, bacarığımla seçki marafonuna qoşulub  deputatlığa namizədliyimi Şirvan şəhərinidən irəli sürdüm.  

Azərbaycanın hər bir bölgəsi mənim üçün doğmadır və əzizdir. Lakin mən sizlərlə birgə bu yola qədəm qoymağa qərar vermişəm. Bizim ailəlikcə ürəyimiz Şirvanla döyünüb. Biz şirvanlıyıq və şirvanlıları özümüzə doğma bilirik. Seçki marafonu məni şirvanlılarla dahada doğma etdi, daha da yaxınlaşdırdı. Mən bu səmimi münasibəti yüksək qiymətləndirirəm. Mən Şirvanı qarış-qarış gəzmişəm. Əhali ilə görüşlər keçirmişəm.

Cənab Prezidentimiz İlham Əliyevin regionların sosial, iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Şirvanda böyük quruculuq, abadlıq işləri görülüb. Yeni müəssisələr açılıb iş yerləri yaradılıb, insanların rifah halı yüksəlib. Bu uğurlar hamımızı sevindirir. Şirvanın inkişafı Azərbaycanın inkişafıdır.

Mən sizləri 9 fevralda seçki məntəqələrinə gəlib ən layiqli namizədə səs verməyə çağırıram. Bu seçimlə 5 il Parlamentdə sizi təmsil edəcək millət vəkilinizi müəyyən edəcəksiniz.  Hər birinizə gələcək işlərinizdə uğurlar arzulayıram”.

Görüşdə çıxış edən Bakı şəhərindən qonaq gəlmiş yazıçı, publisist Seymur Şeydayev, Şirvan şəhər ağsaqqallarından təqaüddə olan hərbiçi zabit Hacı Yusif Rüstəmov Əsmər Əliyevanın hüquq elmində nailiyyətlərindən, cəmiyyət arasında  müsbət keyfiyyətlərindən və ən əsası şirvanlıları milli məclisdə layiqli təmsil edəcəyindən ətraflı bəhs ediblər.

Sonra Əsmər Əliyevaya seçicilərinin suallarını cavablarırıb. Şirvanlı seçicilər Əsmər Əliyevanı millət vəkili görmək arzularını 9 fevralda gerçəkləşdirəcəklərini bildiriblər.