Verilişində əsəb sarsıntısı keçirən və üzünün göstərilməsini istəməyən 18 yaşlı qıza qışqırdığına və onu canlı yayımda ifşa etdiyinə görə günlərdir tənqid olunan Türkiyənin məşhur aparıcısı Esra Erol açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, o, aparıcısı olduğu verilişdə onu qınayanlara bunları deyib:
“Ona əsəbiləşirəm ki, qız uşaqları təhsil almaq əvəzinə evli adamların ikinci həyat yoldaşı olmağa razı olurlar. Bilirsiniz, nəyə üzülürəm? Niyə ailə içində istimara məruz qalan fiziki məhdudiyyətli qızla bağlı səsinizi çıxarmadınız? Sosial məsələlərə göz yuma, hər şeyin qaydasında olduğunu düşünə bilərsiniz. Qoy rahatlığınızı pozaq. Bəlkə, sonda bir faydası olar.
Mənə istədiyinizi deyin, əsas gənc qızlarımızın həyatını xilas edək. Bundan sonra qız uşaqları ilə bağlı daha çox danışacağam. Qız uşaqlarımıza elə təhsil verək ki, onlar bu adamları gözlərindən tanısınlar. O şərəfsizlərə deyəcək çox sözüm var, hər dəfə də deyirəm. Mənim qadınları necə müdafiə etdiyimi hər kəs bilir. Xahiş edirəm, sadəcə bir dəqiqəlik və sistematik şəkildə yayılmış görüntü ilə məni mühakimə etməyin. Haqsızlıq etməyin, çox xahiş edirəm”.
Həmçinin oxuyun: Esra Erol bu görüntüyə görə tənqid olundu - Video
Videonu buradan izləyin
Son xəbərlər
Son Xəbərlər