“Əsrlərin harayı”nın premyerası oldu - Fotolar

esrlerin-harayinin-premyerasi-oldu
Oxunma sayı: 907

İyunun 27-də Lənkəran Dövlət Dram Teatrında Əli Vəlioğlunun “Əsrlərin harayı” dramı əsasında hazırlanmış tamaşa premyerası olub.

"Qafqazinfo" xəbər verir ki, qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur.

Əsas rollarda teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova və digərləri çıxış ediblər.