“Essyenlə bir pişiklər şəkil çəkdirməyib” - Rıbka

essyenle-bir-pisikler-sekil-cekdirmeyib
Oxunma sayı: 1111

“Səbail”in qapıçısı Aleksandır Rıbka komandadakı klubdan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, o, yayılan məlumatları təkzib edib. 

Rıbka bildirib ki, Bakı klubu ilə müqaviləsi davam edir və hələ ki, “Səbail”də qalacaq:

“Belə xəbərlərə inanmayın. Mənim klubumla 1,5 illik müqaviləm var. Ancaq mənə təklif olsa, onu nəzərə ala bilərəm. Azərbaycanda xoşbəxt olsam da, ailəmə yaxın olmaq istəyirəm”.

Ukraynalı qapıçı komanda yoldaşı Essyen barədə də danışıb: “Açığı, onun nə qədər maaş aldığını bilmirəm. Ancaq Essyenin komandaya pul üçün gəldiyinə inanmıram. Oteldə bir pişiklər onunla şəkil çədirməyib. O, çox sadə və ünsiyyətcil insandır”.

Qeyd edək ki, Aleksandr Rıbkanın Ukrayna təmsilçisi “Olimpiya”ya keçəcəyi söylənir.