“Estetik cərrah olduğunu söylədi” - Silikon qalmaqalı böyüyür + Foto

estetik-cerrah-oldugunu-soyledi
Oxunma sayı: 898

Türkiyədə baş verən silikon qalmaqalı böyüməkdə davam edir.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, daha bir silikon qurbanı ortaya çıxıb. Celal və Güllü Sel cütlüyü “Bizə özünün estetik cərrah olduğunu söylədi və çox əmin danışdı. Hətta gözəllik mərkəzi açmağı belə təklif etdi. Bu istiqamətdə işlər görürdük ki, ortaya sözügedən hadisələr çıxdı”,-deyə bildiriblər.

İHA-nın məlumatına görə, cütlük öz evində Soner G.-nin botoks və dodaq silikonu əməliyyatını İnstaqram üzərində canlı yayım ediblər.

Cütlük sosial şəbəkədə izləyici saylarının çox olduğu üçün Sonerin onlara müraciət etdiyini bildirib. Canlı yayımda dodaqlarına silikon etdirən Güllü, dodaqlarının çətinliklə sağaldığını, infeksiya olduğunu söyləyib.

Qeyd edək ki, Soner ittihamları rədd edərək özünün saç ustası olduğunu, sərxoş vəziyyətdə 22 yaşlı qızın dodağını qalınlaşdırdığını söyləyib:

“Onlarla bərabər evə oturmuşduq, içki içirdik. Merve Keleş üzərində dolğu maddəsinin olduğunu söylədi, dodağını qalınlaşdırmağımı istədi. Mən isə etiraz etdim, lakin təkid etdi. Üç il əvvəl bu sahədə işləmişdim. Hardan göstərdisə, ordan vurdum. Onlar məndən 10 min TL pul istədilər. Verməyəndən sonra 3 min istədilər”.