Estoniya parlamentinin sədri Şuşada - Fotolar

estoniya-parlamentinin-sedri-susada
Oxunma sayı: 2300

Ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin (Riiqikoqun) sədri Yüri Ratasın başçılıq etdiyi parlament nümayəndə heyəti bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olub.

Bu barədə “Qafqazinfo”ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şuşada qonaqları Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb, onlara Şuşanın tarixi, işğal dövründəki vəziyyəti və bu gün Şuşada aparılan quruculuq işləri barədə danışıb. 

Qonaqlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidləri, Karvansaray  ilə tanış olublar.

Estoniya parlament nümayəndə heyətinin üzvləri Şuşa şəhərində gedən sürətli bərpa-quruculuq və rekonstruksiya işləri ilə yaxından tanış olublar.

Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını, Xan qızı Natəvanın Sarayının qalıqlarını  seyr ediblər, Şəhər meydanına baş çəkiblər.