Estoniya Prezidenti Rusiya səfirliyinin hədiyyəsini geri qaytardı

estoniya-prezidenti-rusiya-sefirliyinin-hediyyesini-geri-qaytardi
Oxunma sayı: 3278

Estoniya Prezidenti Kresti Kalyulayd ona Rusiya Federasiyasının ölkədəki səfirliyi tərəfindən hədiyyə göndərilən şərabdan imtina edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Eesti Eskpress” nəşri xəbər verib.

Portalın yazdığına görə, dilpomatik nümayəndəlik ölkə liderinin 50 illik yubileyi münasibətilə ona gül, şokolad və bir şüşə şərab göndərib. Lakin şərabı Kalyulayd geri qaytarıb.

Rusiya səfirliyində Estoniya liderinin hədiyyədən imtinasını hələ şərh etməyiblər.