Estoniya Prezidenti Kersti Kalyulayd sağçı liberal İslahatlar Partiyası və Mərkəz Partiyası tərəfindən qurulan yeni hökuməti təsdiqləyib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.
Hökumətin təsdiqlənməsi səhər saat 08:44-də baş verib. Günün sonunda yeni kabinet nazirləri parlamentdə and içəcəklər.
Qeyd edək ki, 25 yanvarda Estoniya parlamentində səs çoxluğu ilə İslahat Partiyasının sədri Kae Kallasa yeni hökuməti qurma haqqı tanınıb. 101 yerli parlamentin 70 deputatı qərarın lehində, 30-u əleyhinə səs verib, bir deputat səsvermədə iştirak etməyib.
Xatırladaq ki, Estoniyanın keçmiş Baş naziri Yuri Ratas 13 yanvarda korrupsiya qalmaqalına görə istefa vermişdi.
Son xəbərlər
Son Xəbərlər