Estoniyada 3,5 minə yaxın ev təsərrüfatı işıqsız qaldı

estoniyada-35-mine-yaxin-ev-teserrufati-isiqsiz-qaldi
Oxunma sayı: 1087

Estoniyada tüğyan edən fırtına səbəbindən 3,5 minə yaxın ev təsərrüfatı elektrik enerjisiz qalıb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən məlumatına görə, daha çox problem Saaremaa adasında və ölkənin üç qəzasında qeydə alınıb.

Güclü külək səbəbindən materik və adalar arasında bərələrin gediş-gəlişi çətinləşib. Eyni hal avtomobil yollarında da yaşanıb.