Estoniyada koronavirusa yoluxanların sayı 1000-i keçdi

estoniyada-koronavirusa-yoluxanlarin-sayi-1000-i-kecdi
Oxunma sayı: 964

Son 24 saat ərzində Estoniyada koronavirusa yoluxanların sayı 58 nəfər artaraq 1018-ə çatıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamentinin rəsmi internet səhifəsində açıqlama verilib:

"31 yanvar tarixindən etibarən Estoniyada 19 mindən çox koronavirus testi keçirilib. 113 pasiyent xəstəxanalara yerləşdirilib, onlardan 20-sinə süni tənəffüs cihazları qoşulub. Ümumilikdə, ölkə üzrə pandemiyadan 13 nəfər həyatını itirib, 59 nəfər sağalaraq evinə buraxılıb".

Estoniya hökuməti koronavirusun yayılması ilə əlaqədar olaraq, ölkədə martın 12-dən mayın 1-dək fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 1,119,733-a çatıb, 59,245 nəfər xəstəlik səbəbindən həyatını itirib.