Estoniyada parlament seçkilərində müxalifət qalib gəldi

estoniyada-parlament-seckilerinde-muxalifet-qalib-geldi
Oxunma sayı: 801

Martın 3-də Estoniyada keçirilən parlament seçkilərində Kaya Kalasın rəhbərlik etdiyi ölkənin ən böyük müxalifət partiyası “Reform” qalib gəlib.

“Qafqazinfo”nun “İnterfaks” agentliyinə istinadən xəbərinə görə, Mərkəzi Seçki Komissiyası seçicilərin 28,9 fazinin (20083 nəfər) “Reform”un lehinə səs verdiklərini açıqlayıb. Bununla da partiya parlamentdə mövcud 101 yerdən 34-nü qazanıb.

“Mərkəz” partiyası 23% (26 yer), “Mühafizəkar Xalq Partiyası” 17,8% (19 yer), “Isamaa” partiyası 11,4% (12 yer), “Sosial Demokrat Partiyası” isə 9,8% (10 yer) səs toplayıb.

Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün 10 siyasi partiya və 15 müstəqil namizəd mübarizə aparıb.