Estoniyanın müstəqilliyinin 98-ci ildönümü ilə əlaqədar “Köhnə şəhər” (“Vanalinna Segakoor”) qarışıq xoru Bakıda konsert proqramı ilə çıxış edəcək.
“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, birinci konsert fevralın 25-də Azərbaycan Milli Konservatoriyasında keçiriləcək, ikinci konsert isə Bakıdakı kilsələrin birində təşkil olunacaq.
1996-cı ildə fəaliyyətinə başlamış “Köhnə şəhər” qarışıq xoru beynəlxalq musiqi aləmində öz sözünü demiş kollektivlərdən biridir. Qrup Fransa, İsveçrə, Çexiya, İsrail, Macarıstan, Rumıniya, İtaliya, Türkiyə, Yunanıstan, Gürcüstan və digər ölkələrdə uğurlu qastrol səfərlərində olub.
Bu, 30 nəfərdən ibarət kollektivin Azərbaycana ilk səfəridir. Xorun solistləri Kristel Aer (orqan), Kaia Urb (soprano), dirijorlar Lauri Aav və Katrin Puusaaqdır.
Konsertdə dünya klassik və Estoniya bəstəkarlarının əsərləri, eləcə də folklor musiqisi səsləndiriləcək.
Son xəbərlər
Son Xəbərlər